2023-10-20 12:00:02

Azərbaycanda 9 sığorta agentinin lisenziyasının qüvvəsi - BƏRPA EDİLİB

Azərbaycan Mərkəzi Bankı 1 hüquqi və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib. Mərkəzi Bank 4 sığorta agentinin lisenziyasını - LƏĞV EDİB - SİYAHI FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar oktyabrın 18-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Fed.az