2024-06-09 19:29:54
Azərbaycanda 7 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 6 fiziki şəxsə sığorta agenti və 1 hüquqi şəxsə ("Sizin Sığorta Brokeri" MMC) sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib. Azərbaycanda ən çox və ən az maraq göstərilən - SIĞORTA NÖVLƏRİ (YANVAR-APREL/2024) FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar mayın 27-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.