2023-12-30 20:00:02

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası - LƏĞV EDİLDİ - SİYAHI

Azərbaycan Mərkəzi Bankı (AMB) daha 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə FED.az-a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar dekabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən lisenziyaları ləğv edilən fiziki şəxs olan sığorta agentlərinin  SİYAHISI  № Sığorta agentinin adı Lisenziyanın tarixi Lisenziyanın nömrəsi VÖEN 1 Cəlilov Elxan İzahat oğlu 05.10.2018 SA-0087 1702137322 2 Eminli Rəna Alverdi qızı 24.12.2014 080632 2903166942 3 Hümbətov Zaur Tahir oğlu 09.09.2011 000486 1601214722 4 Musayeva Elnurə Ağaverdi qızı 23.07.2013 000954 5000310672  

Fed.az