2023-08-31 11:40:43
Azərbaycanda 19 sığorta vasitəçisinin lisenziyası - BƏRPA EDİLİB
Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə sığorta brokeri, 1 hüquqi şəxsə və 18 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib. Azərbaycanın sığorta şirkətlərinin yığımları və ödənişləri açıqlandı - SİYAHI FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar avqustun 24-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.
