2023-09-06 20:00:06
Azərbaycanda 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 13 fiziki şəxsə və 1 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb. Bu barədə Fins.az-a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar sentyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabatın təqdim edilməməsinə görə dayandırılıb.