2023-11-02 16:00:04
Azərbaycanda 13 sığorta agentinin lisenziyasının qüvvəsi - BƏRPA EDİLİB
Azərbaycan Mərkəzi Bankı 13 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib. Azərbaycanda peşə məsuliyyətinin sığortası bazarı 46%-dək böyüyüb FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar oktyabrın 20-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.