2023-09-06 20:00:06
Azərbaycanda 1 sığorta agentliyinin lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Progress-Sığorta Agentliyi” MMC-yə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə Fins.az-a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar avqustun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.