Azərbaycan Türkiyədə baş vermiş ölüm hadisəsi ilə bağlı - İri Sığorta Ödənişi Edib
Bu ilin yanvar-iyun aylarında "Yaşıl Kart" Sistemi çərçivəsində Azərbaycan daxilində təqribən 21 min sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 2,5 milyon manat civarında sığorta haqqı yığılıb. Yaşıl Kart sığorta haqlarında - 6 QAT ARTIM FED.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb. Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 67 və 97 % çoxdur. Hesabat dövründə 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 40,2 % və 89,7 % çoxdur. 6 ayda bir hadisə üzrə ortalama sığorta ödənişi ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 % artaraq 3 309 manata çatıb. “Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibari ilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34 % artımı müşahidə olunub. Artımın təməl səbəbi Türkiyədə baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 min manat civarında sığorta ödənişidir. 2022-2023-cü illərin ilk 6 ayı ərzində əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, ötən ilin ilk 6 ayı ərzində toplanan sığorta haqlarının 22 %-i həcmində sığorta ödənişi verilib, 2023-cü ilin müvafiq dövründə isə bu nisbət 7 % təşkil edib”, - İSB qeyd edib.