2023-09-30 12:00:05

Avtomobillərin sığortası üzrə ödənişlər 12% artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər artıb. Fərdi qəza və xəstəlik sığortası üzrə ödənişlər 32% aşağı düşüb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 12 milyon 133,6 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 309,5 min manat və ya 12,1% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 10 milyon 824 min manat təşkil edib.

Fed.az