2023-10-19 12:00:08
Atasığorta-nın yığımları artıb
Bu ilin yanvar-avqust aylarında “Atasığorta” ASC 7 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Son 1 ildə şirkətin sığorta ödənişi isə 50,9% azalaraq 2,1 milyon manat olub. Fuad Mədətov Fins.az