2023-10-23 12:00:08
Aqrar Sığorta Müştərək Sığorta Şirkəti-nin yığımları 84,3% artıb
Bu ilin yanvar-avqust aylarında “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 13,7 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,3% çoxdur. Son 1 ildə şirkətin sığorta ödənişi isə 4,6 dəfə artaraq 1,3 milyon manat olub. Fuad Mədətov Fins.az