2024-04-24 20:00:04

AMB-nin təqdimatını tam yerinə yetirmədi - “Sizin Sığorta Brokeri”nin lisenziyası dayandırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sizin Sığorta Brokeri” MMC-yə verdiyi lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb. FED.az xəbər verir ki, bu barədə  tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar aprelin 22-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi verilmiş təqdimatın vaxtında və tam yerinə yetirilmədiyi üçün dayandırılıb. (Report)

Fed.az