2024-03-14 20:00:03
AMB 32 sığorta agentinin lisenziyasını - DAYANDIRDI
Azərbaycan Mərkəzi Bankı (AMB) 32 sığorta agentinin və 2 sığorta brokerinin lisenziyalarını müvəqqəti dayandırıb. Mərkəzi Bank icbari avtosığorta üzrə - ŞİKAYƏT REYTİNQİNİ AÇIQLAYIB - ŞIRKƏTLƏR, SİYAHI Bu barədə FED.az AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 11 mart 2024-cü il tarixli qərarı ilə 32 nəfər fiziki şəxs olan sığorta agenti və 2 nəfər fiziki şəxs olan sığorta brokeri fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb.