"Qala Sığorta" şirkətinin yığımlarının həcmi - 47% ARTIB
Bu ilin yanvar-noyabr ayları ərzində "Qala Sığorta" şirkəti 53 milyon 630 min manat sığorta haqqı toplayıb. “Bakı Sığorta” şirkətinin - YIĞIMLARI AZALIR - HESABAT FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata əsasən şirkətin toplağıdı sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 17 milyon 124 min manat və ya 46,9% artıb. Ötən ilin eyni dövründə şirkətin satış komandası tərəfindən 36 milyon 506 min manat sığorta haqqı toplamışdır. Bununla yanaşı, sığorta şirkəti müştərilərinə 8 milyon 698 min manat ödəyib. Ödənişin məbləği də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 milyon 301 min manat, başqa sözlə 61% çoxdur. Hesabat dövründə "Qala Sığorta" topladığlı hər 100 manat sığorta haqqının 16 manatını müştərilərinə geri qaytarıb.