2023-12-08 12:00:03

"Naxçıvan Sığorta" şirkəti - LƏĞV EDİLİR

"Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür. “Naxçıvan Bank”ın 100 milyonluq kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb - AÇIQLAMA FED.az xəbər verir ki,  bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən "Atəşgah Sığorta" şirkətinə ötürülür. Qeyd edək ki, "Naxçıvan Sığorta" şirkətinin 100% səhmdarı "Naxçıvan Bank"dır. (Apa)  

Fed.az