2024-01-23 12:00:04

"Meqa Sığorta" ötən ili uğurla başa vurdu - YIĞIM VƏ ÖDƏNİŞLƏR SÜRƏTLƏ ARTIR

“Meqa Sığorta” ASC sığorta yığımlarını və ödənişlərini artırmaqda davam edir. FED.az xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında sığorta şirkəti 33,856 mln. manat sığorta haqqı toplayıb. "Meqa Sığorta" cari ilin 11 ayını uğurla başa vurub - YIĞIMLAR VƏ ÖDƏNİŞLƏR SÜRƏTLƏ ARTIR Sığorta  şirkətinin yığımları son bir illə müqayisədə 12,727 mln. manat, başqa sözlə 60,2% artıb. Əvvəlki ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 21,129 mln. manat olub. Qeyd edək ki, “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta yığımlarının həcminə görə 6-cı, sığorta yığımlarının artım dinamikasına görə 4-cü qərarlaşıb. Hesabat dövründə şirkət müştərilərinə 8,969 mln. manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 2,220 mln. manat və ya 32,9% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 6,749 mln. manat olub.  “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta öədnişlərinin həcminə görə 10-cu, sığorta ödənişlərinin artım dinamikasına görə 9-cu yerdə olub. Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.

Fed.az