2023-11-23 12:00:07
"Meqa Sığorta"nın yığımları və ödənişləri - SÜRƏTLƏ ARTIR
“Meqa Sığorta” ASC- bu ilin yanvar-oktyabr aylarında 26 milyon 943 min manat yığımlara malik olub. "Meqa Sığorta"da yığımlar və ödənişlər artdı - HESABAT FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 9 milyon 48 min manat, başqa sözlə 50,6% artıb. Keçən ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 17 milyon 895 min manat olub. Sığorta ödənişləri isə 7 milyon 362 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 750 min manat və ya 31,2% artım deməkdir. Keçən sığorta ödənişləri 5 milyon 611 min manat olub.
