2023-12-27 20:00:05
"Meqa Sığorta" cari ilin 11 ayını uğurla başa vurub - YIĞIMLAR VƏ ÖDƏNİŞLƏR SÜRƏTLƏ ARTIR
“Meqa Sığorta” ASC sığorta yığımlarını və ödənişlərini artırmaqda davam edir. FED.az xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında sığorta şirkəti 31,033 mln. manat sığorta haqqı toplayıb. "Meqa Sığorta"da yığımlar və ödənişlər artdı - HESABAT Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 11,929 mln. manat, başqa sözlə 62,4% artıb. Əvvəlki ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 19,104 mln. manat olub. Hesabat dövründə şirkət müştərilərinə 8,146 mln. manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 2,053 mln. manat və ya 34% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 6,094 mln. manat olub.