2024-05-17 21:38:43

"Meqa Sığorta" bu ilin I rübünü uğurla başa vurdu - ŞİRKƏT BÖYÜMƏKDƏ DAVAM EDİR

“Meqa Sığorta” ASC sığorta yığımlarını artırmaqda davam edir. FED.az xəbər verir ki, bu ilin yanvar-mart ayında sığorta şirkəti 9,547 mln. manat sığorta haqqı toplayıb. "Xalq Həyat” Sığorta Şirkəti sığorta ödənişlərini - 2 DƏFƏDƏN ÇOX ARTIRIB Sığorta  şirkətinin yığımları son bir illə müqayisədə 1 milyon 440 min manat, başqa sözlə 18% artıb. Əvvəlki ilin eyni dövründə “Meqa Sığorta” ASC-nin yığımları 8,107 mln. manat olub. Qeyd edək ki, “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta yığımlarının həcminə görə 6-cı, sığorta yığımlarının artım dinamikasına görə 5-ci qərarlaşıb. Hesabat dövründə şirkət müştərilərinə 2,952 mln manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 982 min manat və ya 50% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 1,970 mln. manat olub.  “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında sığorta öədnişlərinin həcminə görə 9-cu, sığorta ödənişlərinin artım dinamikasına görə 7-ci yerdə olub. Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.

Fed.az