2023-10-19 12:00:04
"Azsığorta"nın yığımları azalıb
Bu ilin yanvar-avqust aylarında “Azsığorta” ASC 5,8 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə 28,5% azdır. Son 1 ildə şirkətin sığorta ödənişi isə 8,9% artaraq 6,4 milyon manat olub. Fuad Mədətov Fins.az