2024-04-16 12:00:02
"Azərbaycanda Türkiyə Sığorta Bilgi Mərkəzinin oxşarı yaradılacaq"
Azərbaycanda sığorta sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə oxşar sistemin yaradılması üçün Türkiyə Sığorta Bilgi Mərkəzi ilə danışıqlar aparılır. Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb" FED.az xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. “Ümid edirik ki, qısa zamanda bu layihəyə start veriləcək”- Taleh Kazımov qeyd edib. O əlavə edib ki, Sığorta Bilgi Mərkəzi Türkiyədə ilk “insurtech” layihəsidir. Bu mərkəz Türkiyə sığorta bazarının inkişafında, müştəriyönümlü fəaliyyət göstərməsində, risklərin daha optimal idarə edilməsində daha da mühüm rol oynayır. (Apa)