2024-02-01 20:00:08

"Atəşgah Sığorta" şirkəti yığımlarını 45 milyon manata çatıdırır - YIĞIM VƏ ÖDƏNİŞLƏR ARTIR

Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah Sığorta" şirkətinin yığımları artıb. "Qala Sığorta" şirkətinin yığımlarının həcmi - 47% ARTIB FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, şirkət bu dövr ərzində topladığı sığorta haqlarının həcmini 44,866 mln. manata çatdırıb. Aparılmış hesablamalara əsasən  məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 15,105 mln. manat və ya 50,8% artım olub. Onu da qeyd edək ki, 2022-ci ildə "Atəşgah Sığorta" şirkəti 29,764 mln. manat sığorta haqqı toplamışdı. “Atəşgah Sığorta" şirkəti yığımların həcminə görə sığorta şirkətləri arasında 5-ci, dinamikasına görə 6-cı olub. Sığorta şirkətinin ödənişlərində isə 819 min manat, yəni 5,2% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 16,627 mln. manat həcmində sığorta ödənişi verilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 15,508 mln. manat idi.  Hesabat dövründə “Atəşgah Sığorta" şirkətinin ümumi portfeldə ödəniş-yığım nisbəti 37,1% təşkil edib.

Fed.az