"Atəşgah Sığorta"nın yığımları 9 milyon manata yaxınlaşır - PORTFEL 60%-DƏK ARTDI
Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah Sığorta" şirkətinin yığımları artıb. “Meqa Həyat Sığorta" son bir il üzrə yığımların dinamikası görə ölkənin - LİDER ŞİRKƏTİDİR FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-fevral ayları ərzində topladığı sığorta haqlarının həcmini 8,186 mln. manat təşkil edib. Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 3,033 mln. manat və ya 59% artım olub. Onu da qeyd edək ki, 2023-ci ilin yanvar-fevral aylarında "Atəşgah Sığorta" şirkəti 5,153 mln. manat sığorta haqqı toplamışdı. “Atəşgah Sığorta" şirkəti yığımların həcminə görə sığorta şirkətləri arasında 5-ci, dinamikasına görə 3-cü olub. Sığorta şirkətinin ödənişlərində isə 163 min manat, yəni 6% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 3,008 mln. manat həcmində sığorta ödənişi verilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 2,845 mln. manat idi. “Atəşgah Sığorta" şirkəti ödənişlərin həcminə görə sığorta şirkətləri arasında 4-cü, dinamikasına görə 12-ci olub. Hesabat dövründə “Atəşgah Sığorta" şirkətinin ümumi portfeldə ödəniş-yığım nisbəti 37% təşkil edib.