2024-01-24 12:00:03

"Atəşgah" Sığorta Şirkəti Qarabağda aşan avtomobilə - KASKO ÜZRƏ 17 500 MANAT ÖDƏNİŞ VERDİ

Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti  MITSUBISHI  L200 markalı minik avtomobilinə 17 500 AZN (on yeddi min beş yüz ) manat KASKO sığorta ödənişi edib. FED.az xəbər verir ki, 13.11.2023 -cü il tarixində Xocavənd  rayonu ərazisində baş vermis yol nəqliyyat hadisəsi nəticəsində, MITSUBISHI L200 markalı minik avtomobili idarəetməni itirərək aşmışdır. Hadisə ilə bağlı minik avtomobilinə dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 17 500 AZN (on yeddi min beş yüz manat) həcmində sığorta ödənişi edilmişdir.

Fed.az