2023-10-04 16:00:06
"Atəşgah Həyat"ın İdarə Heyətindəki üzvlərin sayı 5-ə çatdı - SİYAHI
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbərliyinə yeni təyinatlar olub. İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər - TƏYİN EDİLDİ FED.az xəbər verir ki, baş direktorlar Şəfəq Həsənova və Ayla Mustafayeva "Atəşgah Həyat"ın İdarə Heyətinə (İH) üzv seçiliblər. Yeni təyinatla sığorta şirkətinin idarə heyətinin tərkibi 5 nəfərə çatıb. Sığorta şirkətinin İH-nin sədri hazırda Azər Əliyev, sədr müavini Orxan Şirinli, İH-nin digər üzvü isə Xəqani Baxşəliyevdir. Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur. (Apa)