2024-01-31 20:00:12

"AtaSığorta" ASC son bir idə yığımlarında fantastik - ARTIMA NAİL OLUB

Ötən iilin yanvar-dekabr aylarında Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan "AtaSığorta" ASC-nin yığımları 9 milyon 638 min manat təşkil edib. "AtaSığorta" ASC-nin yığımlarının həcmi - KƏSKİN ARTIB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 326 min manat və ya 81,4% çoxdur. 2022-ci ilin yanvar-dekabr  aylarında sığorta şirkətinin yığımları 5 milyon 312 min manat təşkil edib. Qeyd edək ki, "AtaSığorta" ASC sığorta yığımlarının artım dinamikasına görə sığorta şirkətləri arasında ikinci yerdə olub. Sığorta şirkəti tərəfindən müştərilərə ümumilikdə 3 milyon 210 min manat sığorta ödənişi edilib.  “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən tam lisenziyalı sığorta fəaliyyətini     həyata keçirir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Fed.az