2024-02-27 12:00:07

 “Bakı Sığorta”geriləməkdə davam edir - SATIŞLAR AZALIB

 “Bakı Sığorta” ASC-nin satış komandasının uğursuzluğu nəticəsində bu ilin ilk ayında cəmi 260 min manat həcmində yığım əldə edilib. "Meqa Sığorta"da yığımlar və ödənişlər artdı - HESABAT FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 241 min manat, başqa sözlə 48,1% azalıb. Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 501 min manat olub. Sığorta ödənişləri isə 143 min manat olub ki, bu da illik müqayisədə 4 min manat və ya 2,9% azalma deməkdir. Ötən ilin yanvar ayında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 147 min manat sığorta ödənişi verilib. Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 47,1% təşkil edib.

Fed.az