“Xalq Sığorta” bazar payını itirir – YIĞIMLAR AZALIB, ZƏRƏRLİLİK 106%-Ə ÇATIB
Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Xalq Sığorta” şirkəti cari ilin yanvar-oktyabr ayları üzrə fəaliyyətini uğursuz başa vurub. FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin 10 ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Xalq Sığorta” şirkətinin yığım portfeli cari ilin 10 ayında 18,688 mln. manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,512 mln. manat və ya 45,4% azdır. Yığımlardakı azalma ilə yanaşı şirkətin sığorta ödənişlərində də ciddi azalma müşahidə olunub. Belə ki, hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 19,883 mln. manat həcmində sığorta ödənişi verilmişdir. Son bir illə müqayisədə bu göstərici 2,095 mln. manat və 9,5% az olub. Həmçinin cari ilin 10 ayında “Xalq Sığorta” şirkətinin məcmu sığorta portfeli üzrə zərərlilik dərəcəsi 106% təşkil edib. Qeyd edək ki, son bir il ərzində şirkətin bazar payı 2,46 faiz bəndi azalaraq 1,83%-ə düşüb.