2023-09-14 20:00:06

“Xalq Həyat Sığorta”nın yığımları artıb

Bu ilin yanvar-iyul aylarında “Xalq Həyat Sığorta” ASC 5,6 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% çoxdur. Son 1 ildə şirkətin sığorta ödənişi isə 4,7 dəfə artaraq 1 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az