2023-09-18 16:00:06
“Qala Həyat Sığorta”nın yığımları 15 milyon manat təşkil edib
Bu ilin yanvar-iyul aylarında “Qala Həyat Sığorta” ASC 15 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9% çoxdur. Fuad Mədətov Fins.az