2023-09-14 20:00:05

“PAŞA Sığorta”nın yığımları 37%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında “PAŞA Sığorta” ASC 188,9 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur. Son 1 ildə şirkətin sığorta ödənişi isə 8,4% artaraq 45,1 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az