2024-02-12 12:00:15

“Meqa Sığorta” vakansiya - ELAN EDİR

Meqa Sığorta sığorta şirkəti vakansiya elan edir Vakansiya: Hüquq departamenti Subroqasiya və Hüquqi təminat şöbəsinin Müdiri Vəzifə öhdəlikləri: -    Subroqasiya hüququ əsasında cəmiyyət tərəfindən zərərvuran şəxslərə qarşı iddiaların vaxtlı-vaxtında qaldırılmasının, qəbul olunmuş qətnamələrin icrasının təmin edilməsi; -    İddia ərizələrinin hazırlanması və təyinatı üzrə göndərilməsinin həyata keçirilməsinin təşkil edilməsinə nəzarət edilməsi, məhkəmə proseslərində Cəmiyyətin təmsil edilməsi; -          Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinə nəzarət edilməsi; -     Şöbənin işçiləri arasında gündəlik iş bölgüsünün həyata keçirilməsi və icrasına nəzarət edilməsi; -  Qanunvericilikdə olan dəyişikliklərin Cəmiyyətin daxili normativ sənədlərində vaxtlı-vaxtında əks olunmasının təmin edilməsi və lazımi hallarda müvafiq struktur bölmələrinin işçilərinin bu barədə məlumatlandırılması; -   Müqavilələrin işlənilməsi, onlara hüquqi rəyin verilməsi, rəhbərlik tərəfindən təsdiq edilməsinin təşkil edilməsi; -  Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi; -      Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması; -     Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı hesabatın verilməsi;  Namizədə olan tələblər: -     Ümumi iş təcrübəsi 5 il, onlardan Sığorta sahəsində iş təcrübəsi  minimum 3 il. -          Təhsili/ixtisası: Ali hüquq. -          Dil bilikləri: Azərbaycan dili - əla; rus/ingilis dili - arzuolunandır. -          Kompüter bilikləri: MS Office - əla. -          Analitik düşünmə və problemləri həll etmə bacarığı. -          Yazılı və şifahi kommunikasiya bacarıqları.  Əmək şəraiti və şərtləri:  Əmək haqqı:  namizədin sığorta sahəsində olan iş təcrübəsi və səriştəsinə uyğun təklif olunur. İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00  Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini  [email protected]  elektron ünvanına mövzu hissəsində vəzifənin adı (“Şöbə müdiri”) qeyd olunmaqla) göndərə bilərlər. 

Fed.az