2023-11-22 20:00:03

“Meqa Sığorta” şirkətinin peşəkar komandasına qoşulmaq istəyənlərin nəzərinə! - YENİ VAKANSİYALAR

Ölkənin aparıcı sığorta şirkətlərindən olan "Meqa Sığorta" ASC korporativ satış şöbəsinə sığorta məhsullarının satışı sahəsində təcrübəsi olan komanda üzvləri axtarır. FED.az vakansiya ilə bağlı məlumatı təqdim edir: Vakansiyalar: Korporativ satış üzrə mütəxəssis Korporativ satış üzrə aparıcı mütəxəssis Korporativ satış üzrə qrup rəhbəri Namizədlərə olan tələblər: ·        Təhsil: Ali ·        Axtardığımız şəxsi keyfiyyət: Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı ·        İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübəsi olanlara üstünlük verilir ·        Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili (yaxşı)  Əsas vəzifə öhdəlikləri ·        Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək ·        Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək ·        Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək. İş şərtləri: ·        Əmək müqaviləsi bağlanılır ·        İş qrafiki: I-IV günlər (09:00-18:00), V gün (09:00-17:00). Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir ·        Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus veriləcək. Zəhmət olmasa mövzü bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) hr@meqasığorta.az e-mail ünvanına göndərin. Yalnız ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.    

Fed.az