“Meqa Sığorta”nın İdarə Heyətində - TƏYİNAT
“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən birinin vəzifəsi daimiləşib. “Azərsığorta”nın rəhbərliyinə - YENİ TƏYİNAT FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının qərarı ilə Babayev Murad Şaiq oğlu İdarə Heyətinin üzvü seçilib. O buna qədər İdarə Heyətinin müvəqqəti üzvü idi. Bununla da “Meqa Sığorta”nın İdarə Heyətində sədr və müavinlə bərabər iki üzv olacaq. Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.