“Meqa Sığorta” filal müdiri vəzifəsi üzrə - VAKANSİYA ELAN EDİR
“Meqa Sığorta” ASC-nin Sumqayıt filialına sığorta məhsullarının satışı üzrə yeni komanda üzvləri tələb olunur. Vakansiya: Filial müdiri. Namizədlərə olan tələblər: - Təhsil: Ali. - Şəxsi keyfiyyətlər: Dəqiqlik, Müştərilərlə rahat ünsiyyət qurmaq. - İş təcrübəsi: Ümumi iş stajı 5 il, onlardan sığorta sektoru üzrə satış sahəsində minimum 3 il iş təcrübəsi. - Dil bilikləri: Azərbaycan dili. Əsas vəzifə öhdəlikləri - Yeni satış kanallarının cəlb olunması. - Potensial müştərilərlə görüşlər təşkil etmək. - Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək. - Könüllü Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək. İş şərtləri: - Əmək müqaviləsi əsasında. - İş qrafiki: I-V günlər (09:00-18:00). Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir. - Əmək haqqı: Namizədin təcrübə və satış bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus verilir. Zəhmət olmasa mövzü bölməsində “Sumqayıt filialı” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.