2024-04-03 12:00:25

“Kaspian İnterneşnl Brouking” şirkətinin öhdəlikləri və bölüşdürülməmiş mənfəəti - KƏSKİN AZALDI

“Kaspian İnterneşnl Brouking” MMC 2023-cü ilin maliyyə nəticələrini açıqlayıb. “AzRe Təkrarsığorta”nın mənfəəti azalıb - HESABAT FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət ötən ili 1 milyon 776 min manat xalis mənfəətlə başa vurub. Bu ötən illə müqayisədə 210 min manat və ya 13% çoxdur. Şirkət ötən il 454 min manata yaxın mənfəət vergisi ödəyib. “Kaspian İnterneşnl Brouking” MMC cəmi gəlirləri 2 milyon 655 min manat, cəmi xərcləri 426 min manat təşkil edib. Şirkət ötən il 2 milyon 632 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 918 min manat və ya 53,6% artıb. Öhdəliklər isə 858 min manat və ya 2,4 dəfə azalaraq 614 min manata düşüb. Balans kapitalı isə 1 milyon 776 min manat və ya 8,3 dəfə artaraq 2 milyon 18 min manat təşkil edib. Bölüşdürülməmiş mənfəətin həcmi isə 225 min manat olub ki, bu da illik müqayisə ilə eyni həcmdə azalaraq 225 min manata düşüb.

Fed.az