2024-06-09 19:29:56

“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 28 iyun 2024-cü il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən ASG Holdinqin binasında  keçiriləcəkdir. FED.az bu barədə şirkətə istinadən xəbər verir. Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:  “Sığortaçılarda korporativ idarəetmə standartları” nın tətbiqi ilə bağlı tədbirlərin görülməsi; Digər cari məsələlər. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün Cəmiyyətin baş ofisinə (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186) müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir. Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]

Fed.az