“İpək Yolu Sığorta” ASC-nin Səhmdarların növbəti Ümumi Yığıncağı keçirləcək - BİLDİRİŞ
“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 27 mart 2024-cü il tarixdə, saat 10:00-da, Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186 ünvanında keçiriləcək. FED.az xəbər verir ki, yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır: 1. “İpək Yolu Sığorta” ASC-nin 2023-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və maliyyə hesabatlarının təsdiqlənməsi; 2. “İpək Yolu Sığorta” ASC-nin Təftiş Komissiyasının ləğv edilməsi və Audit Komitəsinin təsis edilməsi; 3. Digər cari məsələlər. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün Cəmiyyətin baş ofisinə (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186) müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir. Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]