2024-02-19 12:00:03

“Baku Steel Company” sağlamlıq və əməyin təhlükəsizliyi sahəsində beynəlxalq - ISO SERTİFİKATI ALIB

"Baku Steel Company” QSC-də (bundan sonra  -  BSC)  sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf       mühitin mühafizəsi (SƏTƏMM) artıq  Azərbaycan  Respublikasının qanunvericilik  aktlarının,  dövlət  norma və   standartlarının   tələbləri   ilə   yanaşı beynəlxalq  ISO  45001:2018  standartının tələblərinə  uyğun  təşkil  edilir.  FED.az xəbər verir ki,  dünyaca  məşhur “Bureau Veritas Certification SAS”    şirkətinin    Böyük Britaniya filialı BSC-nin əsas məhsullarının   istehsalı   və   satışı   üzrə idarəetmə standartlarının tələblərinə tam  uyğun olduğunu təsdiq edərək, şirkətə müvafiq ISO 45001:2018 sertifikatı verib. Qeyd  edək  ki,  ISO  45001:2018  standartı  əməyin  sağlamlığı  və  təhlükəsizliyi  (ƏST) idarəetmə  sisteminin  tələblərini  müəyyənləşdirir,  təşkilatları  istehsalatda  baş  verən zədələr və peşə xəstəliklərinin qarşısını almaqla təhlükəsiz və sağlam iş yerləri yaratmağa təlimatlandırır.  Eyni  zamanda,  peşə  sağlamlığı  və  təhlükəsizliyi  (PST)  fəaliyyətlərinin genişləndirilməsinə şərait yaratmaq məqsədilə standartın istifadəsi üzrə təlimatlanmanı təmin edir. BSC-də  ƏST  və  PST  idarəetməsi  sahəsində  yeni  standartların  qəbul  edilməsində  əsas məqsəd müəssisələrdə istehsal olunan məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması,   istifadə   olunan   resursların   optimallaşdırılması,   səmərəliliyin   və istehlakçıların məmnuniyyətinin artırılmasıdır.

Fed.az