“Bakı Sığorta” yarım milyona yaxın pul itirib - ŞİRKƏT DİRÇƏLƏ BİLMİR
“Bakı Sığorta” ASC-nin satış komandasının uğursuzluğu nəticəsində bu ilin ilk iki ayında cəmi 569 min manat həcmində yığım əldə edilib. "Meqa Sığorta"da yığımlar və ödənişlər artdı - HESABAT FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 464 min manat, başqa sözlə 45% azalıb. Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 1 milyon 32 min manat olub. Sığorta yığımlarının həcminə görə və dinamikasına görə “Bakı Sığorta” şirkəti 16-cı olub. Sığorta ödənişləri isə 281 min manat olub ki, bu da illik müqayisədə 172 min manat və ya 38% azalma deməkdir. Ötən ilin yanvar-fevral aylarında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 454 min manat sığorta ödənişi verilib. Sığorta ödənişlərinin həcminə və dinamikasına görə “Bakı Sığorta” sığorta şirkətləri arasında 14-cü yerdə qərarlaşıb. Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 49% təşkil edib. Bu ilin iki ayının nəticələrinə görə sığorta şirkəti 6-cı yerdə qərarlaşıb.