2023-11-24 12:00:07
“Bakı Sığorta”nın yığımları - KƏSKİN AZALIB
“Bakı Sığorta” ASC bu ilin 10 ayında 4 milyon 368 min manat yığımlara malik olub. "Meqa Sığorta"da yığımlar və ödənişlər artdı - HESABAT FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 1 milyon 32 min manat, başqa sözlə 19,1% azalıb. Keçən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 5 milyon 400 min manat olub. Sığorta ödənişləri isə 2 milyon 579 min manat olub ki, bu da illik müqayisədə 460 min manat və ya 21,7% artım deməkdir. Keçən il sığorta ödənişləri 2 milyon 119 min manat olub. Şirkətin zərərlilik göstəricisi isə 59% təşkil edib.