“Bakı Sığorta”nın müştərilərinin sayı azalıb - YIĞIM PORTFELİ 43% AZALDI
“Bakı Sığorta” ASC-nin satış komandasının uğursuzluğu nəticəsində bu ilin ilk dörd ayında cəmi 1 milyon 89 min manat həcmində yığım əldə edilib. Həyatını "Xalq Həyat" şirkətinə etibar edənlərin sayı artıb - YIĞIMLARDAKI ARTIM TENDENSİYASI DAVAM EDİR FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 814 min manat, başqa sözlə 43% azalıb. Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 1 milyon 902 min manat olub. Sığorta yığımlarının həcminə görə və dinamikasına görə “Bakı Sığorta” şirkəti 17-ci (sonuncu) olub. Sığorta ödənişləri isə 726 min manat olub ki, bu da illik müqayisədə 140 min manat və ya 16% azalma deməkdir. Ötən ilin yanvar-aprel aylarında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 565 min manat sığorta ödənişi verilib. Sığorta ödənişlərinin həcminə ” sığorta şirkətləri arasında 14-cü, dinamikasına görə 15-ci yerdə qərarlaşıb. Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 67% təşkil edib. Bu ilin dörd ayının nəticələrinə görə sığorta şirkəti zərərlilik göstəricinə görə 1-ci yerdə qərarlaşıb.