2023-09-24 21:57:35

“Bakı Sığorta” kiçilir - YIĞIMLARI 13% AZALDI

“Bakı Sığorta” ASС-nin sığorta yığımlarında azalma qeydə alınıb. Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2023) FED.az bu barədə Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir. Belə ki, cari ilin yanvar-avqust aylarında şirkətin sığorta yığımları 3 milyon 715 min manat təşkil edib. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 552 min manat və ya, 12,9% azdır. Keçən ilin eyni dövründə şirkətin yığımları 4 milyon 266 min manat olmuşdu.

Fed.az