2023-11-24 12:00:04
“Bakı Sığorta” geriləməkdə davam edir - ŞİRKƏTİN YIĞIMLARI AZALIR
“Bakı Sığorta” ASC-nin satış komandası bu ilin 10 ayında cəmi 4 milyon 368 min manat həcmində yığım əldə edə bilib. "Meqa Sığorta"da yığımlar və ödənişlər artdı - HESABAT FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 32 min manat, başqa sözlə 19,1% azalıb. Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 5 milyon 400 min manat olub. Sığorta ödənişləri isə 2 milyon 579 min manat olub ki, bu da illik müqayisədə 460 min manat və ya 21,7% artım deməkdir. Ötən ilin 10 ayında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 119 min manat sığorta ödənişi verilib. Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 59% təşkil edib.