2024-05-17 21:38:35

“AzSığorta” şirkətinin müştərilərə ödədiyi vəsaitlərin həcmi - KƏSKİN AZALDI

“AzSığorta” ASC bu ilin 3 ayında 3 milyon manat həcmcində sığorta haqqı toplayıb. Sığortada ən çox şikayət «Atəşgah Sığorta» və «AZSIĞORTA»dan gəlir -  RƏSMİ AÇIQLANDI FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 153 min manat, başqa sözlə 5% artıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 2 milyon 847 min manat olub. Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 313 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 938 min manat və ya 7,2 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 250 min manat sığorta ödənişi edilib. Şirkətin zərərlilik göstəricisi isə 10% təşkil edib.

Fed.az