“Azsığorta” əsas əməliyyat gəlirlərindən 1,5 milyon manata yaxın - PUL İTİRİB - HESABAT
“Azsığorta” ASC 2023-cü ili üzrə maliyyə hesabatını açıqlayıb. “Azelektromaş”ın xalis mənfəəti 13% azalıb - HESABAT FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, “Azsığorta” ASC” ötən ili 1 milyon 582 min manat xalis mənfəətlə başa vurub. Halbuki, 2022-ci ili 2 milyon manat xalis zərərlə başa vurmuşdu. Hesabat dövründə sığorta şirkəti 395 min manat mənfəət vergisi ödəyib. 2023-cü ildə “Azsığorta” şirkətinin əsas əməliyyat gəlirləri 9 milyon 755 min manat təşkil edib ki, bu da illik müqayisə ilə 1 milyon 445 min manat və ya 13% azdır. Bu gəlirlərin 7 milyon 945 min manatı birbaşa sığorta üzrə sığorta haqlarının, 587 min manatı isə təkrarsığorta üzrə təkrarsığorta haqlarının payına düşüb. Bunlar da müvafiq olaraq 2 milyon 646 min manat (25%) azalıb və 16 min manat (2,8%) artıb. Sığorta şirkətinin investisiya gəlirləri 2 milyon 499 min manat, subroqasiya gəlirləri 166 min manat, sair gəlirləri 3 milyon 337 min manat, cəmi gəlirləri isə 20 milyon 341 min manat təşkil edib. Son bir illə müqayisədə investisiya gəlirləri 250 min manat (9,1%), subroqasiya gəlirləri 180 min manat (2 dəfə) azalıb, sair gəlirlər 2 milyon 197 min manat (2,9 dəfə), cəmi gəlirləri 5 milyon 816 min manat (40%) artıb. Bu dövrdə ASC-nin əsas əməliyyat xərcləri 9 milyon 795 min manat, işlərin aparılması xərcləri 5 milyon 162 min manat, sair xərcləri 3 milyon 407 min manat, cəmi xərcləri 18 milyon 364 min manat təşkil edib. Son bir il ərzində əsas əməliyyat xərcləri 1 milyon 474 min manat (13,1%), işlərin aparılması xərcləri 60 min manat (1,1%) azalıb, sair xərcləri 2 milyon 845 min manat (6,1 dəfə), cəmi xərcləri 1 milyon 310 min manat (7,7%) artıb. “Azsığorta” ASC ötən il 29 milyon 941 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 4 milyon 637 min manat və ya 15,5% azalıb. Şirkətin öhdəlikləri 6 milyon 219 min manat və ya 48,6% azalaraq 12 milyon 802 min manata düşüb. Balans kapitalı 1 milyon 582 min manat (9,2%) artaraq 17 milyon 138 min manata düşüb. Bölüşdürülməmiş mənfəət isə 1 milyon 582 min manat və ya 2 dəfə artaraq 3 milyon 132 min manat təşkil edib.