2024-01-31 20:00:03
“Azərsığorta”nın portfeli "Qala Sığorta"ya - ÖTÜRÜLÜB
Prezident İlham Əliyevin fərmanı ilə bu gün ləğv edilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin portfeli "Qala Sığorta" şirkətinə ötürülüb. "Azəsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib - FƏRMAN FED.az xəbər verir ki, bu barədə "Azərsığorta"dan bildirilib. Məlumata görə, artıq sığorta müqavilələrinin yenilənməsi və sığorta hadisələrinin tənzimlənməsi "Qala Sığorta"nın nümayəndələri tərəfindən həyata keçirilir. Xatırladaq ki, bu ilin yanvarın 1-nə “Azərsığorta”nın yığım portfeli 28,8 milyon manat təşkil edib. Sığorta şirkəti 2023-cü ildə ümumilikdə 16,6 milyon manat ödəniş edib.